İSTİ XƏBƏRLƏR
168saat.com » Siyasi » İrəvanda daxili auditoriya ilə oyun... və ya Lavrov Bakıda, əslində, nə dedi?

İrəvanda daxili auditoriya ilə oyun... və ya Lavrov Bakıda, əslində, nə dedi?


Bir müddət öncə Ermənistanın bəzi siyasi dairələrinin və media orqanlarının Rusiya XİN rəhbərinin İrəvana səfərində verdiyi bəyanatlar ətrafında spekulyativ müzakirələri daxili auditoriyaya hesablanmış kontent idi. Bəli, ölkənin daxilindəki siyasi, iqtisadi, sosial problemlərdən diqqəti yayındırmaq, ictimai müzakirə mövzusunu cəmiyyətin həssas yanaşdığı istiqamətə yönəltmək məqsədilə gündəmi dəyişmək köhnə və sınanmış siyasi texnologiyadır. Ancaq həqiqətləri heç bir "kosmetik əməliyyat" gizlədə bilməz...

Birmənalı şəkildə aydındır ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi BMT-nin qətnamələri ilə ziddiyət təşkil etmir. Həmin qətnamələrdə isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin təmin olunması aydın şəkildə ifadə olunur. 


Əzik boks döşəyi

Paşinyan avqust ayında Xankəndində çıxışı zamanı "Arsax (Dağlıq Qarabağ) Ermənistandır, nöqtə" bəyanatının onun üçün ağır əks zərbələrlə və nəinki daxili auditoriya, eyni zamanda beynəlxalq ictimaiyyət qarşısında siyasi xal itkiləri ilə nəticələnəcəyini proqnozlaşdırmamışdı. Təbiidir. Siyasi savadsızlıq, təcrübəsizlik qarşı tərəfin diplomatik nüfuzunu və səriştəsini qiymətləndirməyə imkan vermir.

Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanın bu bəyanatına olduqca ciddi tribunadan - Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, beynəlxalq auditoriya önündə əsaslandırılmış şəkildə cavab verdi və arqumentlərə söykənən çıxışını "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" sözləri ilə yekunlaşdırdı. 

Daha sonra Prezident İlham Əliyev oktyabrın 11-də Aşqabadda keçirilən MDB dövlət başçılarının zirvə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyanın faşist cəlladı Qaregin Njde ilə bağlı iddialarını darmadağın etdi.

Bakı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşündə də dövlətimizin başçısı Ermənistanın destruktiv mövqeyi ilə münaqişənin sülh yolu ilə həllinə mane olduğunu, region üçün təhlükəsizlik baxımından təhdid yaratdığını diqqətə çatdırdı. 

Nəhayət, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Prezident İlham Əliyev Ermənistan üçün ağrılı prosesin növbəti mərhələsini sona çatdırdı. Dövlətimizin başçısı bu ali tribunadan da beynəlxalq ictimaiyyətin diqqətini bir daha diplomatik ustalıqla Azərbaycanın üzləşdiyi işğal faktına və Ermənistanın törətdiyi cinayətlərə yönəltdi: "Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmişdir. Mindən çox insan itkin düşmüşdür".

Zirvə Görüşünün yekununda qəbul edilmiş sənədlərdə də dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirdi və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğuladılar.


...və Lavrov Ermənistanın ümidlərini niyə puç etdi?

Paşinyanın məlum sərsəmləməsi Rusiyada da alqışlanmadı. Rusiya XİN rəhbərinin "Əlbəttə ki, bu bəyanatlar münaqişələrin həllinə kömək etmir" açıqlaması Kremlin Ermənistan baş nazirinə yumşaq şəkildə yerini göstərməsi idi. 

Sergey Lavrovun Bakıya bir neçə gün öncə gerçəkləşən səfərini də İrəvənda, şübhəsiz, həyəcanla izləyirdilər. Ancaq bu dəfə də Ermənistan gözlədiyi dəstəyi almadı. 

Hələ səfərdən öncə Rusiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Xarici İşlər nazirinin Azərbaycana səfəri ilə bağlı yaydığı şərhdə qeyd edilirdi: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün tərəflərə kömək göstərilməsi Rusiyanın xarici siyasət prioritetləri arasındadır və Rusiya Prezidentinin diqqət mərkəzindədir. Biz münaqişənin müstəsna olaraq siyasi-diplomatik yolla, tərəflər arasında dialoq vasitəsilə həllinin tərəfdarıyıq. Bundan sonra da istər ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərkibində, istərsə də Azərbaycan və Ermənistanla bizim sıx münasibətlərimizi nəzərə alaraq nizamlanmaya nail olmağa kömək edəcəyik".

Bu bəyanatdan da görünürdü ki, Rusiyanın münaqişənin həlli ilə istiqamətində aparılan danışıqlarla bağlı mövqeyində dəyişiklik yoxdur və bu mövqe ATƏT-in Minsk Qrupunun tənzimləmə üçün əsas götürdüyü BMT-nin qətnamələri və Helsinki Aktının prinsiplərinə söykənir.  

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya XİN rəhbəri ilə görüşdə münaqişənin həlli ilə bağlı nəzərəçarpan nəticələrin olmamasından təəssüfünü qeyd etdi və dövlətimizin başçısının "...hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, "Qarabağın Ermənistan olması" barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib. Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik" fikirinə Rusiya XİN rəhbəri adekvat reaksiya sərgilədi.

Sergey Lavrov Paşinyanın ritorikasının uğursuzluğunu açıq mətnlə ifadə etdi: "Eyni zamanda, Sizinlə razıyam ki, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Burada Sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır".

Gözlənilən idi. Azərbaycan kimi mühüm strateji tərəfdaşı daim təbəddülat və tərəddüdlərlə dolu siyasi kursa malik ölkəyə görə riskə atmağa dəyməzdi. Praqmatik və rasional siyasi kursa sahib olan Rusiya üçün Azərbaycan bölgənin ən mühüm ölkəsidir. İki ölkə arasında siyasi dialoq, iqtisadi əlaqələrdə artan dinamizm aydın hiss olunur. 

Beləliklə, İrəvanın siyasi uğursuzluğu davam edir. Regionun lokomotivi rolunda çıxış edən Azərbaycanla yaşanan münaqişə zəminində bütün regional və beynəlxalq layihələrdən kənarda qalmaqla Ermənistan mümkün gəlirlərdən məhrum olur, bu isə, təbii olaraq, ölkə daxilində sosial-iqtisadi böhranı dərinləşdirməklə paralel dərin siyasi kataklizmləri də qaçılmaz edir. 


Vüsal Məmmədov


Rəy bildir +
Oxşar xəbərlər
...və nida işarəsi!
16:5708 oktyabr

...və nida işarəsi!

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədaxili ziddiyyətlər və dərinləşən böhrandan diqqəti yayındırmaq üçün etdiyi növbəti spekulyasiya beynəlxalq ictimaiyyətin qınağı və hökumət başçısının siyasi xal itkisi ilə nəticələndi.

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Sergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün yekunlarını şərh edib
17:0817 aprel

Sergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün yekunlarını şərh edib

Qarabağ münaqişəsinin nizamlanmasına dair təkliflər ərazi bütövlüyü, xalqların təyini-müqəddərat hüququ və güc tətbiq edilməməsi prinsipləri əsasında razılıq yolları axtarışını nəzərdə tutur.