İSTİ XƏBƏRLƏR
168saat.com » 6 XƏTT » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Mikayıl Cabbarov

Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan çıxış edərək TRACECA layihəsinin effektsiz olduğunu dilə gətirəndən, habelə konfrans iştirakçılarının Fəxri Xiyabanı - Heydər Əliyevin məzarını ziyarət etməsini qeyri-düzgün adlandırandan sonra söz alan iqtisadiyyat nazirimiz Mikayıl Cabbarov həmin o Armeni yerində çox yaxşı oturtdu. O, TRACECA layihəsinin effektli olduğunu faktlarla sübut etdi, konfrans iştirakçılarının Heydər Əliyevin məzarını ziyarət etməsini TRACECA layihəsinin məhz Heydər Əliyev sayəsində baş tutması ilə bağladı.

Ardınca da Armeni lap nokauta saldı, dedi, gələn il bütün dünya faşizm üzərində qələbənin 75 illiyini qeyd edəcək, sizsə faşist Ndjeyə heykəl qoyursunuz, indi görün siz kimə heykəl qoyursunuz, biz kimə. Axırda da dedi ki, sizi Heydər Əliyev mərkəzinə dəvət edirəm, gedin orada Gürcüstan muzeyinin sərgisinə baxın, görün, gəldiyiniz Yerevan şəhərinin tarixi - İrəvan xanlığı haradan və kimlərdən başlayır.

Yeni il gecəsi

Azərbaycan xalqı yeni ilə hazırlaşır. Şadlıq evləri, otellər də yeni il gecəsinə tədbirlər planlayır, sifarişlər qəbul edir.

Şadlıq evlərində keçirilən şou-proqramların qiymətlərini bir qırağa qoyub gəlin ölkənin Quba-Qusar zonasındakı otellərin ikinəfərlik standart otaqlarda Yeni il gecəsi qiymətlərinə nəzər yetirək:

Qusar Zirvə Hotel   -  1050 azn

Şahdağ Spa Hotel   -  1209 azn

Park Chalet Hotel   -  1330 azn

Quba Palace Hotel  -  1430 azn

Pik Palace Hotel     -  1670 azn

Yox, gözlərinizi ovuşdurmayın, 167 azn deyil, məhz 1670 azn-dir.

Bu, analoqu olmayan qiymətdir, biləsiniz. Dünyanın heç bir güşəsində otelin bir gecəsinin qiyməti minimal əmək haqqının 10 (!!!) mislinə bərabər deyil.


Siyavuş Müəllim

Bildiyiniz kimi, ötən həftə ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ağacəkmə kampaniyası keçirildi, Nəsiminin 650 illik yubileyi münasibəti ilə bütün ölkə boyu 650 min ağac əkildi.

YAP icra katibi müavini Siyavuş Novruzov ağac əkəndən sonra isti-isti mediaya açıqlama verdi:

- İnsanlar öz təşəbbüsləri ilə gəlib ağacəkmə kampaniyasına dəstək verirlər. Bu gün burada müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir. Biz təkcə ağac əkmirik, yaratdığımız qruplar ilboyu monitorinq aparacaq, quruyan ağaclar dəyişdiriləcək, ağaclara böyük qayğı və diqqət göstəriləcək. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac əksinlər. Ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər.

Qəssab

Bu həftə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt vətəndaşı Əliyev Tarıyel Xosrov oğluna məxsus, 46-cı məhəllədə yerləşən "Misiroğlu" heyvan kəsim məntəqəsinə baxış keçirərkən orqanoteptik yoxlanışla heyvanların aqoniya halında kəsildiyini müəyyənləşdiriblər, heyvanların aqoniya halında məcburi kəsdikləri üçün onların 227 kiloluq ətini istehlak üçün yararsız hesab ediblər. Həmin ət məhv etməkçün Sumqayıt poliqonuna təhvil verilib.

Sual edərsiniz, aqoniya nədir? Bu klinik ölüm deməkdir, yəni heyvan kəsilməmişdən əvvəl xəstə olub, ölümcül olub. Bir sözlə, əti murdar olub.

Əgər həqiqətən bizim Qida Təhlükəsizliyi Agentliyimiz bunu ayırd edə bilirsə, onlara bir bərəkallah düşür.

Amma...

Və lakin...

DYP

Bu həftə bizim Dövlət Yol Polisi də tarixə düşmək şərəfinə nail oldu. Belə ki, dövrün tələb və çağırışlarına adekvat reaksiya göstərmək üçün bu qurum əhalinin məlumatlandırılmasında sosial şəbəkələrin imkanlarından geniş istifadə etmək qərarına gəldi və özünün "dyp.polisazerbaycan" adlı instaqram səhifəsini yaratdı.

Beləliklə, "daim ölkə ictimaiyyətinin diqqət mərkəzində olan və fəaliyyəti sosial şəbəkələr üzərindən daha çox izlənilən DYP xidməti haqqında informasiya əhali tərəfindən daha əlçatan olacaq", - deyə öz yeni instaqram səhifəsinə gözaydınlığı verən DYP sosial şəbəkə istifadəçilərini bu səhifəni izləməyə, onun fəaliyyətində aktiv iştiraka dəvət edir.

O ki qaldı, "kim DYP-nin səhifəsini like eləməsə cərimələnəcək" söz-söhbətinə, bu, sadəcə zarafatdır.


Ağackəsən

Bəzən həyatda çox ibrətamiz əhvalatlar törənir və məhz elə bu əhvalatlarla da ağıllı insanlar düz və ya səhvləri əxz edib nəyi necə etməyin çəmini tapırlar.

Bu həftə Fizuli rayonunda belə bir hadisə baş verdi: Rayonun 50 yaşlı sakini Tərxan Mehdiyev həyətyanı sahədə nə qədərsə yaşı olan nəhəng bir ağacı kəsərkən ağac onun üzərinə aşdı. Yaralı ağır vəziyyətdə Bakıdakı xəstəxanaların birinə çatdırıldı, reanimasiya şöbəsində yerləşdirildi.

Bəli, biz ağına-bozuna baxmadan təbiətə divan tuturuq. Meşələrini doğrayır, su hövzələrini çirkləndirir, yer qatını nüvəsinədək qazır, heyvan və quşlarını qırırıq.

Təbiət də bax bu cür öz qisasını alır.

Amandır, əl saxlayın!

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Mikayıl Cabbarov Simonyana:  Ermənistan hər şeyə rəğmən  dalandan çıxmaq istəmir
18:1911 dekabr

Mikayıl Cabbarov Simonyana: Ermənistan hər şeyə rəğmən dalandan çıxmaq istəmir

Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib.

Kimdir Njde?
18:3811 dekabr

Kimdir Njde?

Mən Zəngəzur mahalında boya-başa çatmışam. Əsrin əvvəllərindən erməni millətçiləri, onların havadarları orda yaşayan azərbaycanlılara həmişə bəla olublar. Biz gözümüzü açıb sovet ideologiyası ilə tərbiyələnmişik, beynəlmiləlçi olmuşuq. Ona görə də bizə qarşı törədilən çox hadisələrin

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

Zakir Fərəcov:  ”Sumqayıt Heydər Əliyevin  arzuladığı şəhərə çevrilib”
19:0714 may

Zakir Fərəcov: ”Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”

Dövlətlərin və xalqların taleyində böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri ilə dövlətin və xalqın inkişaf salnaməsini və qürurdoğuran möhtəşəm tarixini yaradırlar. Xalqımızın ümummilli