İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Ən qocası 67, ən gənci 34 yaşındadır


Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib.

Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.


Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli məktəbin direktoru Kəmalə Əzizovanın 45 yaşı var.

2 nömrəli məktəbin direktoru Xalid Adıgözəlov 38 yaşındadır.

Sumqayıt şəhər Mətləb Quliyev adına 3 nömrəli məktəbin direktoru Ülkər Çəndirli ömrünün 34-cü payızını yaşayır.

4 nömrəli məktəbə gəldikdə bu orta təhsil müəssisəsinin direktoru Səadət Məmmədovanın 47 yaşı var.

5 nömrəli məktəbin direktoru Bəşir Şəfiyevin yaşı 60-ı haqlayıb.

Şəhərin Hacı Zeynalabdin qəsəbəsində yerləşən 6 nömrəli məktəbin direktoru İradə Məmmədova Bəşir Şəfiyevlə yaşıddır.

Corat qəsəbəsində fəaliyyət göstərən 7 nömrəli məktəbin direktoru Təranə Haqverdiyeva 55 yaşındadır.

8 nömrəli məktəbə gəldiksə isə bura rəhbərlik edən direktor Şəlalə Məmmədovanın 40 yaşı var.

İnşaatçılar qəsəbəsində yerləşən 9 nömrəli məktəbin direktor əvəzi Həqiqət Abdullayeva 47 yaşındadır. Yeri gəlmişkən sözügedən məktəb üçün hazırda yeni bina inşa olunur.

Sumqayıt şəhər C.Səfərov adına 10 nömrəli orta məktəbin direktoru Tahir Nəsibovun 64 yaşı var.

11 nömrəli məktəbin direktoru İlahə Həsənli daha gəncdir. Belə ki, onun 37 yaşı var.

Nəsirəddin Tusi adına 12 nömrəli məktəbin direktoru Reyhan Baxşiyevanın 54 yaşı var.

13 nömrəli tam orta məktəbə gəldikdə təhsil müəssisəsinə rəhbərlik edən Qədir Mikayılovun 39 yaşı var.

Uzun illərdir 14 nömrəli məktəbin direktoru vəzifəsində çalışan Xanım Həsənova 64 yaşındadır.

Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin direktoru Elmira Yaqubovanın yaşı təxminən 50-55 arasıdır.

"İstedad" liseyinin direktoru Adilə Süleymanovanın yaşı 56-dır.

Sumqayıt şəhəri Zülfi Hacıyev adına 17 nömrəli tam orta məktəbə rəhbərlik edən Rəna Rufullayevanın yaşı 45-50 arasıdır.

Sumqayıt şəhər F.Piriyev adına 18 saylı tam orta məktəbin direktoru işləyən keçmiş deputat Leyla Abdullayevanın 60 yaşı var.

Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Əkbər İsmayılovun yaşı 60-65 arasıdır.

Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin direktoru Vladim İbrahimov 56 yaşındadır.

Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbin direktoru Tahirə Səfərovanın 46 yaşındadır. Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin direktoru Reyhan Yunisovanın 38 yaşı var.

Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəbin direktoru Nəsibə Cabbarovanın da yaşı 49-dur.

25 nömrəli orta məktəbin direktor əvəzi Mehdiqulu Aslanov 45-50 yaşlarındadır.

Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəbin direktoru Tərlanə Ağayevanın da yaşı 50-ni ötüb və o hazırda ömrünün 52-ci payızını yaşayır.

Sumqayıt şəhəri 27 nömrəli tam orta məktəbin direktoru Valid Mustafayev isə daha gəncdir, onun 36 yaşı var.

Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin direktoru Mehdi Ağayev 55 yaşındadır.

Sumqayıt şəhəri Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbin direktoru Vəfa Məmmədovanın 48 yaşı var.

Sumqayıt şəhəri Şah İsmayıl Xətai adına 30 nömrəli tam orta məktəbin direktoru Fəridə Cəlilova 59 yaşındadır.

Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin direktoru Xanım Əhmədovanın 64 yaşı var.

Hacı Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən 32 nömrəli tam orta məktəbin direktor əvəzi Esmira İbrahimovanın yaşı 53-dür.

Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin direktoru Rüxsarə Məmmədovanın 59 yaşı var.

Sumqayıt şəhəri 33 nömrəli tam orta məktəbin direktoru Rübabə Əsgərova 49 yaşındadır.

Sumqayıt şəhəri 34 nömrəli tam orta məktəbin direktoru Nizami Məmmədov 50-55 yaşında, Sumqayıt şəhəri Vaqif İbrahim adına 35 nömrəli tam orta məktəbin direktoru Nüşabə Həsənova isə 46 yaşındadır.

Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbin direktoru Əli Musayevin 41 yaşı var. Sumqayıt şəhəri 37 nömrəli tam orta məktəbin direktoru Elşad Eyvazov isə 64 yaşındadır.

Sumqayıt şəhəri 38 nömrəli tam orta məktəbə rəhbərlik edən Nadir Atakişiyevin və 39 nömrəli tam orta məktəbin direktoru Bəxşeyş Ələmşahovun 62 yaşı var.

Hacı Zeynalabdin qəsəbəsində yerləşən Sumqayıt şəhəri 40 nömrəli tam orta məktəbin direktoru İlqar Həbibovu və Sumqayıt şəhəri 41 nömrəli tam orta məktəbin direktoru Leyla Əliyevanı da yaşlılar siyahısına daxil etmək olmaz, belə ki, onların cəmi 40 yaşı var.

Şəhərin "Stansiya Sumqayıt" yaşayış massivində yerləşən 42 nömrəli tam orta məktəbin direktoru Şahsənəm Məmmədova isə 63 yaşındadır.

Həmin yaşayış massivində fəaliyyət göstərən 43 nömrəli tam orta məktəbin direktoru Humay Ramazanovanın 46 yaşı var.

Sumqayıt şəhəri Evdə Fərdi Təhsil Məktəbinin direktoru Mehman Adıgözəlov artıq 65 yaşına çatıb.

Sumqayıt şəhər internat tipli gimnaziyanın direktoru İsmayıl Əliyevin 45 yaşı var. 

Sumqayıt şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın direktoru Ayət Kərimova 64 yaşındadır.

Müqavilə ilə fəaliyyətini davam etdirən Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədovun yaşı 2 qərinədən çox - 67-dir.

Yeri gəlmişkən qeyd edək ki, elə ən yaşlı məktəb direktoru da Nizami Əhmədovdur.

Direktorlar arasında ən gənci isə 3 nömrəli məktəbin direktoru Ülkər Çəndirlidir. Belə ki, direktorun cəmi 34 yaşı var.

Ümumi olaraq isə 47 direktordan 31-i qadın, 16-ı kişidir. Direktorlar arasında orta yaş həddi isə 50-dir.

Onu da qeyd edək ki, Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alıyevanın 43 yaşı var.


Xədicə Səxavətqızı



Rəy bildir +
Oxşar xəbərlər
Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt
17:0321 iyun

Stalin, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Duma… və Sumqayıt

... Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki "Şəhidlər xiyabanı" ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar... Bu dialoqu Nəbi Xəzri özünün "Sumqayıt səhifələri"

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

"Sukait" türk-monqol  tayfaları ilə bizi nə bağlayır?
10:4222 may

"Sukait" türk-monqol tayfaları ilə bizi nə bağlayır?

Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbində, düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 m yüksəklikdə duran ərazinin iqlimi quru subtropik, relyefi düzənlik,yarımsəhra, bitki örtüyü seyrəkdir,

70 yaşlı Əfsanələr şəhəri
13:5503 iyul

70 yaşlı Əfsanələr şəhəri

Qədim bir əfsanədə belə deyilir: "Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı atdığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözünün üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi.

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.