İSTİ XƏBƏRLƏR
168saat.com » Oxumasanız da olar » OXUMASANIZ DA OLAR

OXUMASANIZ DA OLAR

Lətifələrin reytinqi

5-ci yer

Təpəgöz gürcü, erməni və azərbaycanlını əsir edir və deyir:

- Bax o dağı görürsünüz? Üçünüz də qaça-qaça gedib o dağı dövrə vurub gəlirsiniz. Kim birinci gəlsə onu yeməyib buraxacam.

Gürcü, erməni və azərbaycanlı qaçırlar. 4-5 saat keçəndən sonra Təpəgöz görür ki, erməniylə gürcü daban-dabana, qan-tərə batmış halda gəlib çıxdılar. Soruşur, bəs o birisi harda qaldı?

Erməni deyir:

-  Ara, o bezpantovının biridir, gördü ki, bizə çata bilməyəcək, çıxıb getdi evlərinə.


4-cü yer

Bir naxçıvanlı, bir ağdamlı və bir kürdəmirli avtomobil qəzasına düşüb həlak olurlar. Dəfn zamanı qəfildən naxçıvanlı ayılır. Soruşurlar, necə oldu ki, dirildin.

Deyir:

-  Qardaşlar, desəm inanmazsınız, akazıvaetsa o dünyada da rüşvət keçir. Dedilər, kim qayıtmaq istəyirsə 5 min versin, mən də srazu verib qayıtdım.

Camaat yerbəyerdən soruşur:

-  Bəs səninlə birgə ölən ağdamlıyla kürdəmirli necə oldu? Onlar niyə qayıtmadılar?

Naxçıvanlı deyir:

-  Qardaşlar, ağdamlı qiymət söhbəti eləyirdi ki, məbləği bir az endirsin. Kürdəmirli isə "rüşvətə, korrupsiyaya yox deyək" deyib camaatı başına yığıb mitinq eləyirdi.


3-cü yer

Oğurluqda ittiham edilən bir çukça həbs olunur və tərcüməçi vasitəsilə dindirilir.

Müstəntiq:

- Soruş, qızılları harda gizlədib?

Tərcüməçi:

-  Qızılları harda gizlətmisən?

Çukça:

-  Deməyəcəyəm.

Tərcüməçi:

-  Deyir, deməyəcəyəm.

Müstəntiq:

-  De ki, deməsə, onu güllələyəcəklər.

Tərcüməçi:

-  Deməsən, səni güllələyəcəklər.

Çukça:

-  Maral kirşəsinin altında gizlətmişəm.

Tərcüməçi:

-  Deyir, güllələsinlər, onsuz da deyən deyiləm.


2-ci yer

Yəhudi lətifəsi

Avram şikayətlənir ki, bu nədir, ötən il mən beş şakel pulla marketə girib iki kömbə çörək, bir qutu süd, bir qutu pendir, iyirmi ədəd yumurta, bir palka kolbasa, bir plitka şokolad alırdım. İndi isə cəmi bir kömbə çörək, bir qutu süd və on yumurta ala bilirəm.

İza təəssüflə soruşur:

- Avramcan, yəqin qiymətlər həddən artıq qalxıb, eləmi?

Avram köks ötürür:

- Yox e, İzoçka, qiymətlər qalxıb eləməyib. Marketə izləmə kamerası qoyublar.


1-ci yer

Anekdotı.ru portalında həftənin lətifəsi

Morqa üç yeni meyit gətirirlər. Praktikant tələbə təəccüblə deyir:

- Doktor, bu nədir, bunların üçü də gülümsəyir ki.

Həkim  deyir:

- Bu iki şəxsin ölümü eyforiya anlarına təsadüf edib. Ona görə gülümsəyirlər. Birinci çox imkanlı idi, əhd eləyibmiş əlli villası olsun, şadyanalıq etsin, əllinci villası hazır olanda sevincdən ürəyi partlayıb ölüb. İkinci isə ondan da imkanlı idi, qoca yaşında ölkənin nömrə bir modeli ilə yataqda kam alarkən orqazmdan ölüb.

Tələbə soruşur:

- Doktor, bəs bu üçüncü? O niyə gülümsəyir?

Həkim cavabında deyir, bu, başdan xarabın biridir. İldırım vuranda elə bilib şəklini çəkirlər, gülümsəyib.

***

Retro lətifə

1999-cu il.

Fəzail Ağamalı ilə köməkçisi Zahid Oruc kafedə yemək yeyirlər. Birdən Fəzail bəy Zahid bəyi qapazla vurur.

Zahid bəy soruşur:

- Ay bəy, niyə?

- Yemək yeyəndə ağzını marçıldatma!

Zahid bəy o deyənə əməl edir.

Az keçmiş Fəzail bəy yenidən Zahid bəyi qapazla vurur.

Zahid bəy lap təəccüblənir:

- İndi niyə?

- Hər yadıma düşəndə əsəbiləşirəm!


***

Qara yumor

Babası ad günündə 90 şamı tortun üstündən bir dəfəyə püləyib söndürəndə nəvəsi anladı ki, bu il də çeşka ala bilməyəcək.

***

Paradoks

"Birja" qəzetində balta satılması barədə elan verilib. Bu necə olur? Sən zəng edib, yer danışıb, əlində pul ilə baltalı insanın hüzuruna gedirsən?

***

Fakt

Həyat qanmaz üçün komediyadır, qanan üçün tragediya.

***

Qanun

Dünyada ən aşağı sürət - səsin sürətidir. Ananın 16 yaşında dedikləri yalnız 40 yaşda gəlib sənə çatır.

***

Nostalji 

-  Daha heç kəs kassetli maqnitafonda qolovkanı odekalon batırılmış pambıqla silmir; 

-  Daha keç kəs proqram qəzetində yaxşı verilişlərin vaxtını dairəyə almır;

-  Daha heç kəs kapron kalqotqalara yamaq vurmur;

-  Daha heç kəs maşının arxa pəncərəsi önünə top qoymur;

-  Daha heç kəs butulka təhvil verib puluna dondurma almır;

-  Daha heç kəs kinoteatrın qabağında artıq bilet soruşmur;

-  Daha heç kəs poçtalyonun yolunu gözləmir;

-  Daha heç kəs həftədə bir dəfə hamam gününə sevinmir;

-  Daha heç kəs evdən stəkan və qrafin götürüb qazlı su avtomatına su doldurmağa getmir;

-  Daha heç kəs ət və yağ talonlarını həsrətlə gözləmir;

-  Daha heç kəs poçt markası, saqqız nakleykası və konfet fantiki yığmır.

***

Dodaqqaçdı

Kiyev bazarında bir qarı alma satır:

-  Çernobıl almasından qalmadı, radiasiyalı almalardan gəlin aparın!

Bir cavan oğlan yaxınlaşıb təəccüblə soruşur:

-  Ay nənə, barı almanı Çernobıldan gətirdiyini demə. Heç kim almaz axı onu. 

Qarı deyir:

-  Elə alırlar ki, ay bala. Biri müdirinə, biri qaynanasına...

***

Müəmma

Qabaqlar tək-tük adam maskada olurdu, baş girləyirdik birtəhər, amma indi hamı maskadadır. Gəl baş çıxart görüm, necə çıxarırsan.

***

Elan

Karantin dövründə toylar qadağan olunub deyə müğənni Nadir Qafarzadə koronavirusu məhkəməyə verib.

Rəy bildir +
Oxşar xəbərlər
Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır, ya da zor

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Ermənilərə zərbə vuran hekayə: Cənubda qar uçqunları
12:2218 fevral

Ermənilərə zərbə vuran hekayə: Cənubda qar uçqunları

Qar dənəciklərinin rəqsinə tamaşa eləməyi çox sevirəm. Küləksiz, sakit havada yırğalana-yırğalana, ləngər vura-vura səmadan ta ki yerə kimi yol qət eləyib sonra da üzü üstə yerə döşənirlər. Qar yağmağa başlayanda ilk gələn dənəciklər ən altda, qar kəsən ərəfədə gələnlər ən üstdə, digərləri isə

Muxtar
13:3130 may

Muxtar

- Söz başa düşmürsən? Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan. - Axı... - Dərman kəşf eləyib kişinin oğlu... Sən hələ, oxu. Nə magistr təhsilin var, nə də elmi iş yazmısan. Bakalavriatla əlini vurub qoltuğuna gəlmisən. - Heç Enşteyn də Elmlər Namizədi deyildi...

"Qara qutu"lar danışır
10:3914 may

"Qara qutu"lar danışır

Telefon zəng çalırdı. Özü də sanki bir az artıq səslə və həyəcanla. Səriyyə nənə həyətdən özünü yetirib dəstəyi qaldırdı. - Alo. - Nənə, uşaqlardan bizdə kim var? Xəttin o başından səsi gələn Çingiz idi. - Heç kim, ay bala, nə olub ki? - deyə Səriyyə nənə narahatlıqla soruşdu.