İSTİ XƏBƏRLƏR
168saat.com » Doktor » Azərbaycanda koronavirusla bağlı ən populyar 9 şayiə

Azərbaycanda koronavirusla bağlı ən populyar 9 şayiə

 

Koronavirus Azərbaycanda aşkarlandığı ilk gündən bəri haqqında çox fikirlər söyləndi. İçlərində bir çoxunun hələ də doğru bildiyi, ancaq həqiqətə uyğun olmayan şayiələr də az deyil. Zəncəfil, sarımsaq kimi qidaların hətta duzlu suyun yoluxmanın qarşısını aldığı deyilirdi. Bəs bu qidaların virusdan qoruduğu nə dərəcədə doğrudur?

Beləliklə, pandemiyayla bağlı həmin dedi-qoduları sizə təqdim edirik:

1. Sarımsaq

Koronavirus səs-küyü təzə yayılan zaman, əksəriyyət əminliklə sarımsağın virusdan qoruduğunu deyirdi. Ancaq sarımsaq bəzi antibakterial funksiyalara malik olsa da, koronavirusdan qorumur.

2. Antibiotik istifadəsi

Əksəriyyət antibiotiklərin virusdan qoruduğunu düşünsə belə bu məlumat da digərləri kimi həqiqətə uyğun deyil. Antibiotiklərin də virusa qarşı təsiri yoxdur. Onlar yalnız bakteriyalardan qoruyur, virusa yoluxmamaq və ya onun müalicəsi üçün təsirli deyildir.

3. İqlim amili

"Yayda virusun təsiri azalacaq". Nəzərə alsaq ki hazırda Braziliya və Argentinada yaydır, lakin yoluxmada heç bir azalma müşahidə olunmur, əksinə virus sürətlə yayılır. İsti yaxud da soyuğun virusu məhv etməsi yanlış məlumatdır. Ümumiyyətlə koronavirusun iqlim şəraiti ilə bağlı artma və ya azalması kimi şayiələrin elmi cəhətdən heç bir əsası yoxdur. Qaynar su içmək, isti suda duş almaq birbaşa olaraq virusdan qorunmaq demək deyil.

4. Duzlu su

Burnunuzu tez-tez duzlu su ilə yumaq koronaya yoluxmanızın qarşısını almır. Bəzi mənbələr virusdan bu yolla qorunmağın doğru olduğunu iddia etsə belə, mütəxəssislər tənəffüs yolu xəstəlikləri üçün keçərli olmadığını söyləyir.

5. Maska istifadəsi

Heç kimin olmadığı yerdə maska taxmaq doğru deyil. Virus havadan asılı vəziyyətdə olmadığı üçün, maska yalnız insanların sıx olduğu yerdə sizi qoruya bilər. Buna görə də insanların sıx rast gəlinmədiyi yerlərdə maska taxmağa ehtiyac yoxdur. Maskanı daha çox xəstə insanlar taxmalıdır ki, onlardan kənara virus yayılmasın.

6. Ağcaqanad sancması

İnsanlar arasında belə bir təşviş yaranmışdı ki, koronavirus ağcaqanad dişləməsi ilə də keçir. Bu da şayiədir. Koronavirus ilk növbədə hava damcı yolu ilə, yoluxmuş şəxslər asqırdıqda yaxud öskürdükdə yayılır.

7. Ədviyyatların istifadəsi - Zəncəfil

Zəncəfil, darçın, sumax və bu kimi ədviyyatlar virusdan qorumur. Xatırladaq ki, zəncəfilin koronavirusu məhv etməsi ilə bağlı çıxan söz-söhbət Azərbaycanda onun qiymətinin 50 manata qədər qalxmağına səbəb olmuşdu. Daha sonra aydın oldu ki, bu məlumat yalandı, yenidən 6 manata satılmağa başlasa belə alan olmadı.

8. Uşaqlara yoluxmur

Pandemiyanın ilk günlərində hamı əminliklə bildirirdi ki, bu virusa uşaqlar yoluxmur. Amma sonra bəlli oldu ki, belə deyil və nə yazıq ki, bu virusun qurbanları arasında uşaqlar da oldu.

9. Onları yandırırlar

Belə söyləntilər də var idi ki, guya koronavirusdan ölənlərin cəsədini yandırırlar. Sonra gördük ki, belə bir şey yoxdur, sadəcə bu cəsədləri tabutda və ən azı 4 metr dərinlikdə dəfn edirlər, 14 gün isə qəbri ziyarət etmək olmaz.


Rəy bildir +
Oxşar xəbərlər
Sumqayıt necə dəyişir: uğurun xronologiyası
16:1103 iyun

Sumqayıt necə dəyişir: uğurun xronologiyası

Azərbaycanın müasir tarixinin yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikamıza istər birinci, istər ikinci rəhbərliyi dövrü tariximizin parlaq səhifələrini təşkil edir. Bu gün ölkəmizin harasına getsək, Heydər Əliyevin inkişafa və quruculuğa verdiyi

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Bu qida körpənizi itirməyinizə səbəb ola bilər
17:2124 iyun

Bu qida körpənizi itirməyinizə səbəb ola bilər

Ana olmağa hazırlaşan qadınların şübhəli qaldığı məqamlardan biri də hamiləlik zamanı zəncəfildən istifadə edib-etməməkdir.

Koronavirus barədə 19 MİF
10:5114 may

Koronavirus barədə 19 MİF

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri, koronavirus -COVID-19 haqqında ən çox yayılmış mif və yanlış təsəvvürləri açıqlayıblar. "168 saat" qəzeti koronovirusla bağlı yanlış sayılan, səhv başa düşülən 20 məqamı təqdim edir: Mütəxəssislər hesab edir ki, bunlara inanmağa dəyməz:

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO