İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » "Başabəla" dəyişiklik parlamentdən keçdi

"Başabəla" dəyişiklik parlamentdən keçdi

 

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyən edilib

Milli Məclisin növbədənkənar sessiyasında ötən gün keçirilən ilk plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

Məcəlləyə edilən yeni əlavəyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyən edilib.

Əlavəyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcəklər.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin keçirilən növbədənkənar iclasında deyib ki, tibbi maskalardan istifadənin Nazirlər Kabinetinin müəyyən etdiyi yerlərdə pozulması halları ilə bağlı qərar qüvvədədir.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik həmin yerlərdə qaydaların pozulmasına şamil ediləcək: "Maskalarla bağlı qərarda məqsəd vətəndaşları cərimələmək deyil, onları qorumaqdır. Biz sadəcə burada cərimələrin miqdarını müəyyən edəcəyik. Vətəndaşlar yaxşı olardı ki, Nazirlər Kabinetinin 2 gün əvvəl olan qərarına da diqqət yetirsinlər".

Rəy bildir +
Oxşar xəbərlər
Bu məhsullar vergidən azad ediləcək
14:1403 iyul

Bu məhsullar vergidən azad ediləcək

Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra mallar və məhsullar vergi ödəməkdən azad edilir. Bununla bağlı məsələ Milli Məclisin ötən gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Xəzəri qanunsuz çəpərləyənlər   4 min manat cərimə olunacaq...
17:1225 iyul

Xəzəri qanunsuz çəpərləyənlər 4 min manat cərimə olunacaq...

Sumqayıt ətrafında Xəzər dənizi tam olaraq sakinlərin ixtiyarındadır. Amma üzü Novxanı istiqamətində getdikcə dənizin intensiv hasarlanması ilə rastlaşırıq. Budur, dənizi hasarlayanlara qarşı mübarizə sərtləşdirilir. Lakin buna baxmayaraq, dənizi hasara alaraq kafelər açıb, istirahət mərkəzi

Sumqayıt necə dəyişir: uğurun xronologiyası
16:1103 iyun

Sumqayıt necə dəyişir: uğurun xronologiyası

Azərbaycanın müasir tarixinin yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikamıza istər birinci, istər ikinci rəhbərliyi dövrü tariximizin parlaq səhifələrini təşkil edir. Bu gün ölkəmizin harasına getsək, Heydər Əliyevin inkişafa və quruculuğa verdiyi

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular
15:4702 iyun

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Milli Məclisin həftə sonu keçirilən iclasında yeni tərkibli heyətin yeni spikeri Sahilə Qafarova deputatlara iradını bildirdi. Hazırki ağır, bəlkə də taleyüklü bir dönəmdə bəzi deputatların bütün iclas boyu gözlərini telefonlarından çəkməməsini o, dözülməz hal adlandırdı.