İSTİ XƏBƏRLƏR
168saat.com » Siyasi » "Azərbaycan" kinoteatrındakı "andiçmə şousu", Berlindən gələn "soyuq duş effekti" və labirintə düşmüş İrəvan

"Azərbaycan" kinoteatrındakı "andiçmə şousu", Berlindən gələn "soyuq duş effekti" və labirintə düşmüş İrəvan


Ermənistanın Dağlıq Qarabağda keçirdiyi "andiçmə şousu" bumeranq effekti verərək bu ölkənin özünü çətin vəziyyətə salır. Almaniya Xarici İşlər Nazirliyinin son bəyanatında bir daha Dağlıq Qarabağ adlı qurumu tanımadığını bəyan etməsi və Berlində Dağlıq Qarabağ nümayəndəliyinin fəaliyyətinə icazə verilməməsi Ermənistan siyasi hakimiyyəti üçün diplomatik cəbhədə növbəti ağır zərbə olmaqla yanaşı, ölkənin beynəlxalq münasibətlərdəki qeyri-ciddi obrazını bir qədər də tündləşdirir.

Şuşada "Azərbaycan" kinoteatrının binasında keçirilən andiçmə mərasimində qondarma "prezident"in öz çıxışında Ermənistan baş nazirinin 2019-cu ilin avqustunda Xankəndində səsləndirdiyi "Qarabağ Ermənistandır, nöqtə" ifadəsini eynilə təkrar etməsi bu ritorik sualı qaçılmaz edir: Bəs onda siz kimsiniz?! 
Beynəlxalq ictimaiyyətin münaqişəyə münasibəti birmənalı xarakter daşıyır, bütün beynəlxalq təşkilatlar və dövlətlər, eləcə də vasitəçilər münaqişənin iki tərəfini tanıyır. Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi isə beynəlxalq hüququn tələblərinə, qətnamələrinə söykənir. Görünür, Ermənistanda bu sənədləri və tarixi faktları unudublar. Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunda "Qarabağ Azərbaycandır. Nida!" üslubunda və Münhen Təhlükəsizlik Konfransında arqumentləşdirilmiş şəkildə bu faktları xatırlatması əslində Ermənistan hakimiyyəti üçün siyasi nokauta çevrildi. 
Prezident İlham Əliyev (15.02.2020 - Münhen Təhlükəsizlik Konfransı):
"Dağlıq Qarabağ respublikası" anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu, başqa sualdır. Lakin o, tərəf deyil və biz onlarla danışmayacağıq"
Bu hadisələrdən kifayət qədər vaxt keçsə də, özünə gələ bilməyən Nikol Paşinyanı indi Almaniya dövlətinin qərarı da məyus etməmiş deyil. Üstəlik, nəzərə alsaq ki, dünyanın siyasi proseslərinə təsir gücündə olan Almaniyanın mövqeyi həm də Avropa İttifaqının bu məsələyə yanaşması kimi qəbul olunur. Bu günlərdə Avropa İttifaqı Şurasının "Şərq Tərəfdaşlığı" siyasəti ilə bağlı qəbul etdiyi sənəddə ərazi bötövlüyü məsələsinin xüsusi olaraq qeyd edilməsi də prosesin məntiqi davamıdır.
Bu, Ermənistan siyasi hakimiyyətinin son dövrlərdə beynəlxalq ictimaiyyətdən aldığı ilk zərbə deyil. Ötən il erməni lobbisinin kifayət qədər möhkəmləndiyi Fransada yerli məhkəmələr tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikası"nın şəhərləri ilə "qardaşlaşan" bir neçə Fransa şəhərinin "qardaşlaşmasını" pozmaqla bağlı qərarı da Ermənistan siyasi hakimiyyəti üçün "soyuq duş effekti" vermişdi. 
Bu yaxınlarda istər Türk Şurasının Zirvə Görüşündə, istərsə də BMT-dən sonra dünyanın ən böyük təşkilatına çevrilmiş Qoşulmama Hərəkatının həm ötən il Bakıda keçirilən Zirvə Görüşündə, həm də bu yaxınlarda Azərbaycanın sədrliyi ilə keçirilən Təmas Qrupu formatında videokonfransda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ifadə olunan birmənalı mövqe isə iki məqamı bir daha təsdiqləyir:
- Birincisi, münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi birmənalıdır: Dağlıq Qarabağ bu münaqişədə tərəf deyil və Azərbaycanın ərazi bütövlüyü dəstəklənir
- İkincisi, Ermənistan beynəlxalq müstəvidə nüfuzunu tamamilə itirib və onun üzərinə işğalçı yarlığı vurulub.
Nəhayət, Azərbaycan 28 May Respublika Günü ilə bağlı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktubunda da Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək açıq mətnlə ifadə olunurdu. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin, supergücün rəhbərinin bu möveyi isə Ermənistanda şübhəsiz ki, həyəcanla qarşılandı.
Beləliklə, siyasi labirintə düşmüş Ermənistanın Azərbaycanın keçirdiyi hərbi təlimlərdən nə üçün narahat olduğu da aydın olur: Diplomatik müstəvidə küncə sıxılan düşmən hərbi baxımdan da Azərbaycanla təkbətək qalmaqdan narahatdır.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

İrəvanda daxili auditoriya ilə oyun...   və ya Lavrov Bakıda, əslində, nə dedi?
16:1412 dekabr

İrəvanda daxili auditoriya ilə oyun... və ya Lavrov Bakıda, əslində, nə dedi?

Bir müddət öncə Ermənistanın bəzi siyasi dairələrinin və media orqanlarının Rusiya XİN rəhbərinin İrəvana səfərində verdiyi bəyanatlar ətrafında spekulyativ müzakirələri daxili auditoriyaya hesablanmış kontent idi. Bəli, ölkənin daxilindəki siyasi, iqtisadi, sosial problemlərdən diqqəti

...və nida işarəsi!
16:5708 oktyabr

...və nida işarəsi!

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədaxili ziddiyyətlər və dərinləşən böhrandan diqqəti yayındırmaq üçün etdiyi növbəti spekulyasiya beynəlxalq ictimaiyyətin qınağı və hökumət başçısının siyasi xal itkisi ilə nəticələndi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Nikol Paşinyanın avantürist bəyanatları:   Ermənistan yeni fəlakətli yolda
11:0417 sentyabr

Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda

Son vaxtlar Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndinin mərkəzi meydanındakı mitinqdə səsləndirdiyi fikirlərin şərhinə daha çox yer verir. Erməni ekspertlər N.Paşinyanı qeyri-ciddi siyasətçi kimi xarakterizə edirlər. Onlar yazırlar ki, erməni hökumətinin başçısı heç bir