İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Dünyanın ən varlı 25 adamının sərvəti 255 milyard dollar artıb

Dünyanın ən varlı 25 adamının sərvəti 255 milyard dollar artıb


Dünyanın ən varlı 25 adamının ümumi sərvəti koronavirus pandemiyasına baxmayaraq son iki ayda təxminən 255 milyard dollar artıb. Trend-in Tassa istinadən verdiyi məlumata görə, bu barədə Forbes jurnalı xəbər verib.

Nəşr qeyd edir ki, ilk beşlikdə hesabat dövrü maliyyə cəhətdən ən uğurlu Mark Zukerberg üçün olub. Onun sərvəti 31 milyard dollar artaraq 86,5 milyard dollara çatıb. Bunun əsas səbəbi onun "Facebook" şirkətinin səhm qiymətində ciddi artım olmasıdır. M.Zukerberg "Forbes"in dünyanın ən varlı adamları siyahısında dördüncü yerə yüksəlib.

"Amazon" şirkətinin direktoru Cef Bezos korporasiyasının səhmlərinin son iki ayda birja qiymətlərinin artmasından 29,9 milyard dollar qazanıb. Onun ümumi sərvəti 146,9 milyard dollara yüksəlib və o, hələ də dünyanın ən varlı adamıdır.

"Microsoft" korporasiyasının qurucularından biri olan Bil Geytsin sərvəti 11,9 milyard dollar artaraq 106,5 milyard dollara çatıb. "LVMH" (Louis Vuitton Moet Hennessy) fransız şirkətlər qrupunun baş meneceri Bernard Arnonun aktivlərinin ümumi dəyəri 12,8 milyard dollar artaraq 94,1 milyard dollara yüksəlib, "Berkshire Hathaway" investisiya fondunun rəhbəri Vorner Baffetin sərvəti 6 milyard dollar çoxalaraq 69,2 milyard dollara qədər artıb.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?
15:3120 noyabr

Sumqayıtın məktəb direktorları neçə yaşdadırlar?

Son zamanlar ölkədə müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan şəxslərin yaş həddi gündəmin mövzusuna çevrilib. Mövzunun oxucular üçün maraqlı olacağını nəzərə alaraq Sumqayıt şəhər orta ümumtəhsil müəssisələrinin direktorlarının yaşını araşdırdıq.

Özünə ideal seç!
18:1026 sentyabr

Özünə ideal seç!

Lap uşaqlıqdan özümüzə ideal, kumir seçir, onun həyat və fəaliyyətini örnək götürürük. Bu, insan olaraq bizim xislətimizdən irəli gəlir. Axı insan xaraktercə daim inkişafa, təkmilləşməyə, kamilliyə meyillidir. Seçdiyi həyat yolunda örnək götürüləsi hansısa bir insana bənzəmək istəyi insanda hədsiz

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə, təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də