İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » 961 obyektdə sanitar-epidemioloji tələblər pozulub

961 obyektdə sanitar-epidemioloji tələblər pozulub

İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, mayın 31-də keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda "Zəngəzur market", "Lay Lay uşaq aləmi", "Məktəb ləvazimatı", "Şirinbala uşaq aləmi" mağazalarında, Binəqədi rayonunda Asif Hacıyevə məxsus ət, "X motors" yağ satışı mağazalarında, Sabunçu rayonunda "Meqa Sığorta" ASC-yə məxsus "Meqa Sığorta" pərakəndə ticarət obyektində, "Azəri Med" MMC-yə məxsus "Plus Aptek"də, Xəzər rayonunda Cavad İzzətova məxsus çayxanada, Xətai rayonunda "Zolushka ticarət mərkəzi"ndə, "Velvet" geyim mağazasında, "Zeytun Aptek"də, Nizami rayonunda Radik Cəfərov, Mübariz Əliyev, Mansur Həsənov və Seymur Hüseynova məxsus pərakəndə satış mağazalarında, Yasamal rayonunda "Optimal elektronika" MMC və "Supertoys" MMC-yə məxsus mağazalarda, "Benita" geyim mağazasında, Abşeron rayonunda "Dəniz market"də, Qobustan rayonunda "Bol Market"də və "Ramil Market"də, Masallı rayonunda "Papatya dönər evi" və "Retro kafe"də, "Sevinc Mebel", "Soliton" mağazalarında, Ağsu rayonunda "Univermaq" ticarət obyektində və Orxan Hüseynova məxsus mağazada, "Umud Kafesi"ndə, Zaqatala rayonunda "Dönər Mağazası"nda və sair ümumilikdə monitorinqin əhatə etdiyi 392 obyektin 217-də ticarət və zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.
Qeyd edək ki, mayın 22-dən 31-dək 1984 sahibkarlıq subyektində monitorinq keçirilib və 961 obyektdə tələblərin pozulması hallarına rast gəlinib.
Monitorinqlər davam edir.
Rəy bildir +
Oxşar xəbərlər
Böyük supermarketlərin   sahibləri kimlərdir?
17:2109 oktyabr

Böyük supermarketlərin sahibləri kimlərdir?

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 24,2 milyard manatlıq məhsul satılıb.

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI
11:2309 yanvar

Azərbaycanda əmanətlərini sığortalayan banklar - SİYAHI

Əmanətlərin Sığortalanması Fondunun reyestrinə hazırda 30 bank daxildir, başqa sözlə, bu banklara qoyulan əmanətlər müvafiq qanun çərçivəsində həm də dövlət tərəfindən qorunur. Oxu.Az xəbər verir ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanuna əsasən, iştirakçı bankların 9 yanvar 2019-cı il

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Koronavirus pandemiyası və vəkil etikası
10:4314 may

Koronavirus pandemiyası və vəkil etikası

Hər bir cəmiyyətdə qanunun aliliyinə hörmətin aşılanması və hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi baxımından vəkillərin davranışı xüsusi əhəmiyyət kəsb edir. Çünki, vəkil təkcə qanunun yol verdiyi həddə ona həvalə olunmuş tapşırıqları vicdanla yerinə yetirmir, o, həm də ədalət mühakiməsinin

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.