İSTİ XƏBƏRLƏR
168saat.com » İqtisadi » Azərbaycanda avtomobil benzininin istehsalı artıb

Azərbaycanda avtomobil benzininin istehsalı artıb


2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 041,7 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 5,1 faiz artıb.

Trend-in məlumatına görə, neft məhsullarından neft bitumunun istehsalı 61,2 faiz, sürtkü yağlarının istehsalı 61,1 faiz, yanacaq mazutunun istehsalı 13,6 faiz, dizel yanacağının istehsalı 7,4 faiz, avtomobil benzininin istehsalı 2,1 faiz artıb, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,5 faiz, ağ neftin istehsalı 5,1 faiz, neft koksunun istehsalı isə 6,0 faiz azalıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində isə 385,1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 60,7 faiz, kimya sənayesində 24,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20,0 faiz artıb.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

"SOCAR Karbamid" özünü necə doğruldur?
17:0721 avqust

"SOCAR Karbamid" özünü necə doğruldur?

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 37,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz artıb. Statistikaya görə, son illər

Sumqayıt ilin birinci rübünü necə keçirib?
10:5915 may

Sumqayıt ilin birinci rübünü necə keçirib?

Ötən həftə Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə, təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də

Yanacaqdoldurma məntəqələrinin   FIRILDAQLARI
17:3402 sentyabr

Yanacaqdoldurma məntəqələrinin FIRILDAQLARI

Yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı hallara kifayət qədər çox rast gəlinir. Sürücülər benzinin istər keyfiyyətində, istərsə də kəmiyyətində problemlərin olmasından şikayətçidir. Belə ki, benzinin tərkibindəki oktanın faizi aşağı salındığı üçün benzin daha tez sərf