İSTİ XƏBƏRLƏR
168saat.com » Sosial » Cinsi azlıqları qırıb qurtarmaq mümkündürmü?

Cinsi azlıqları qırıb qurtarmaq mümkündürmü?

Vasif İsmayıl

Bir qrup siyasinin iclasından kiçik fraqmentə şahidlik etdim. Dalbadal bir neçə dəfə dinlədim. Sonra eləcə durub düşündüm. İki dəqiqəlik videoda onlarla insan haqları pozuntusu var idi, amma bir çağırış, daha doğrusu, bir dilək məni yalnız özümdən çıxarmadı, sanki öldürdü.

Cəmiyyətdə belə fikir dövran edir ki, sanki "geyləri qırıb qurtarmaq" mümkün idi, Hitler "əmicələri" "prostu" vaxt edib bu işi qurtara bilmədi.

Çoxunuz deyil, əksəriyyətinizin cins anlayışının biologiyasından xəbəri yoxdur, amma yerinə mədəniyyət tarixindən gələn stereotiplər, yəni yalanlarla doldurmusunuz.

Mən də sizin aranızda yetişən bir həkim kimi bunların həqiqi bioloji tərəflərini bilmirdim. İşim insanın cinsi həyatı olduğu üçün məcburən oxuyub bir şeylər öyrənə bildik.

Dostlar, sizin qısaca "geylik" dediyiniz şey əslində çox müxtəlif cinsi davranışların bir hissəsidir sadəcə. Sizin "normal", ingilislərin "straight" dediyi qrupda necə maraqlı cinsi davranışlar var ki, xəbərsizsiniz. Məsələn, qadın var ki, partnyoruna şiddət göstərməsə orqazm ola bilmir. Bu imkanı əldə etməyəndə, depressiyaya girir. Siz onları kənardan "bıııy, az, aaz, aaz, filankəsin lay kimi əri var, bu da alma kimi arvaddır, amma əri gedib kənarda əyrimçənin biri iə gəzir, bu da mısmırığını yernən bir sallayııııııf elə də gedir, belə də" deyildiyi dedi-qoduların personajları olaraq tanıyırsınız.

Belə nümunələr çoxdur, cinsi davranış şəkilləri çoxdur, bu gün "norma, sapına qədər erkəkkk" dediyiniz çox adam müəyyən şərtlərdə həmcinsləri ilə münasibətdə olurlar da...sizin xəbəriniz olmur. Bilirsiniz, mən vaxtımın çoxunu əməliyyat edərək keçirirəm və dolayısı ilə çox şey görürəm. Tibbi dildə deyəcəm, çox maraqlansanız, dediklərimin Azərbaycan dilində nə demək olduğunu bir yerlərdən soruşarsınız. Mən anal nahiyyəsində halqavari kondilomları olan bığıburma mehriban babalar da görmüşəm, ağsaqqallar da.

Qısa deyəcəm indi. Bütün dünyada, bütün cəmiyyətlərdə həmcins münasibətlərinin görülmə sıxlığı ortalama 7%-dir. Siz dünyanın ən dəqiq metodları ilə bu insanları təsbit edib "qırsanız" demirəm, zira bu məfhumu dilimə belə almaq istəmərəm, sadəcə təcrid etsəniz, yeni nəsildə həmcins münasibətlər quran insanlar doğulacaq mı? Bəli!

Yeni qurduğunuz cəmiyyətdə həmcins münasibət quran insanların ortalaması nə qədər olacaq?

Yeddi faiz.

Bu dünyada cinsi əlaqə varsa, bu dünyada uşaq doğulacaqsa, həmişə...həmişə həmcins cinsi əlaqə quran insanlar olacaq.

Bu, insanın təbiətidir.

Amma "geyləri qıraq" demək isə ən yumşaq ifadə ilə alçaqlıqdır.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...
17:0927 iyul

Androloq-seksoloqla müsahibə: Cinsi zəiflik, infeksiyalar, sonsuzluq...

“168 saat”ın "Doktor" səhifəsinin budəfəki qonağı androloq-seksoloq Həsən Səmədovdur. Onunla müsahibəmizdə əsasən kişiləri maraqlandıran cinsi problemlər, xəstəliklər barədə danışmışıq, həkim eyni zamanda oxucularımızı maraqlandıran sualları cavablandırıb.

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

NÜVƏDİYƏ SON SƏFƏR
17:4302 sentyabr

NÜVƏDİYƏ SON SƏFƏR

Bizim iki UAZ maşınımız KQB-nin əməkdaşı Ş.Həsənovun müşayiəti ilə tozlu-torpaqlı yollarla Nüvədiyə səmt alır. Ora ilk dəfə getdiyimizdən, həm də Zenfira xanıma görə narahat olduğumuzdan (bunu qətiyyən büruzə verməməyə çalışsaq da) səbrsizliklə mənzil başına çatmağımızı gözləyirik. Hər an yolumuzda

"Qara qutu"lar danışır
10:3914 may

"Qara qutu"lar danışır

Telefon zəng çalırdı. Özü də sanki bir az artıq səslə və həyəcanla. Səriyyə nənə həyətdən özünü yetirib dəstəyi qaldırdı. - Alo. - Nənə, uşaqlardan bizdə kim var? Xəttin o başından səsi gələn Çingiz idi. - Heç kim, ay bala, nə olub ki? - deyə Səriyyə nənə narahatlıqla soruşdu.