İSTİ XƏBƏRLƏR
168saat.com » 6 XƏTT » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

11:07 19 may 6 XƏTT 6 292

Milli ordu

Azərbaycan Müdafiə Nazirliyi 10 minlik qruplaşmasının və yüzlərlə müxtəlif tipli texnika, silah sistemlərinin iştirakı ilə növbəti genişmiqyaslı təlimlərinin anonsunu verdikdən, təlimlərin ssenarisinin düşmən müdafiəsinin bütün dərinliklərinə eyni vaxtda sarsıdıcı zərbələr endirilməsini, zərbə qruplaşmalarının formalaşdırılmasını nəzərdə tutduğunu elan etdikdən sonra İrəvan bərk təşvişə düşüb. 

Ermənistan Müdafiə Nazirliyi hücum ssenarisi üzərində qurulmuş təlimləri "regionda vəziyyəti gərginləşdirmək cəhdi" adlandırıb. ATƏT-in Minsk Qrupu həmsədrlərinin və bütün beynəlxalq ictimaiyyətin diqqətinə bu təlimlərin xəbərdarlıq edilmədən hazırlanmasını çatdırıb, Azərbaycan qoşunlarının iki ölkə sərhədində cəmləşdirilə biləcəyindən təşviş bildirərək bunu "təxribat" adlandırıb.

Erməni həyasızlığının bariznümunəsi olan bu fakt həm də, ən əsası, erməni həyacanını və qorxusunu da özündə əks etdirir.

Milli Ordumuzun zəfər qüdrəti indi olduqca real görünür.

Bərdəlilər

Ötən həftə Bərdə rayonunun Qaradırnaq kəndinin sakinlərinin də adları tarixə yazılası olub, belə ki, onlar cümə günü kənddə toplaşaraq onlara heyvanlarını otarmaq üçün örüş sahəsi ayrılmasını tələb ediblər. Bununla əlaqədar kəndə gələn rayon polis şöbəsinin rəhbərliyi izahedici söhbətlər aparsa da, onlar öz hərəkətlərini davam etdirib, bir addım belə geri çəkilməyəcəklərini bildiriblər, kimlərəsə pay torpaqları kimi paylanan torpaqların onlara örüş sahəsi kimi verilməsini daha qətiyyətlə tələb ediblər. Nəticədə kəndə əlavə polis əməkdaşları cəlb edilib. Asayış keşikçilərinin dəfələrfə etdikləri xəbərdarlığa məhəl qoymadan kəndlilər polisə ciddi müqavimət göstəriblər. İnsident nəticəsində 14 nəfər kənd sakini həbs olunub.

Xatırlayırsınızsa, ötən həftə Bərdənin rayon rəhbərliyi öz kabinetlərində qoruyucu maska taxıb online müşavirə keçirirdilər. Qaradırnaq təcrübəsi göstərdi ki, kabinet müşavirələri ilə yara sağalmır, xalqın içinə gedilsə daha yaxşı olar.

Əhəd Abıyev

Mediada "DTX-nin əməliyyatlarından qorxaraq Daşkəsənin icra başçısı Əhəd Abıyev "Lexsus" markalı bahalı avtomobilini sataraq Naxçıvanın ucuz "NAZ Lifan" avtomobilini alıb" mövzusunda yayılan informasiyaya Əhəd müəllim açıqlama gətirib:

-  Bu şayiədir. Kim onu yazıb? Belə bir şey yoxdur. Əgər düzdürsə, maşını onu yazana bağışlayıram.

Əhəd müəllim bir qədər öncə haqqında yazılan digər fakta - Daşkəsəndə yaylaqda 35854 qoyunu olması faktına da açıqlama gətirib:

-  Daşkəsən dağlıq yerdir. Mən bu qədər qoyunu harda saxlaya bilərəm? Ağ yalandır.

P.S. Amma Əhəd Abıyev maşını tapsa, yazana bağışlayacağını desə də, qoyunları tapsa, yazana bağışlayacağı barədə bir söz deməyib.

Ceff Bezos

Forbes ağlasığmaz bir bilgi verib: Amerika sahibkarı, "Amazon"un banisi Ceff Bezosun sərvəti 2026-cı ildə 1 trilyon ABŞ dollarına çatacaq. Hazırda planetin ən varlı insanı hesab edilən, 143 milyard dollar sərvətə malik olan bu şəxs pandemiya dövründə xüsusən varlanıb. Həm karantin səbəbindən insanlar online alış-verişə məcbur olublar, həm də "Amazon" səhmlərinə tələbat ikiqat artıb. Təsəvvür edin ki, bu şəxs koronavirus pandemiyası fonunda - hamı müflisləşərkən, dünya iqtisadiyyatı çökərkən nə az, nə çox, düz 24 milyard dollar qazanıb.

Görürsünüzmü, hamıya bəla kimi gələn bir nəsnə bəzilərinə toy-bayram kimi də gələ bilərmiş.

Demək, Ceff Bezos bir neçə il sonra dünyada ilk trilyonçu olacaq. Sizin necə, barı "altınızda" 100 manatınızsa varmı?

Bizim Nikolae

Azərbaycanın "Sərkərdə" klubunun basketbolçusu Nikolae Kojuharu İrlandiyanın Offali şəhərində saxlanılıb. 28 yaşlı idmançı 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur. Kojuharunun girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddiası da qəbul edilməyib. Məhkəmə prosesi mayın 20-nə təyin olunub, İrlandiya qanunlarına görə basketbolçunu çox ciddi cəza gözləyir.

Bildiyiniz kimi, ölkə idmanımızda əcnəbilərin transferi ilə yanaşı milliləşdirilməsidə geniş vüsət alıb. Federasiyalar bu yolla öz çuvallarını sudan quru çıxartmaqla, müvəqqəti nəticə göstərməklə ümumən idmanımızın tənəzzülünə səbəb olurlar. Barı, gətirəndə də heç olmasa, babat oynayanları gətirin də. Narkotacirə pul verib xaricdən gətirməyə nə lüzum? Özümüz basketbol oynaya bilməsək də, bunu ki bacarırıq?

Qaydapozan

Paytaxtın Binəqədi rayonunda yerləşən "Uğur" kafesində Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları reyd keçiriblər. Reyd zamanı onlar xüsusi karantin rejiminin pozulduğu bu kafedə (bildiyiniz kimi, paytaxtda, Gəncə və Sumqayıtda ictimai iaşə obyektlərinin işləməsi mayın 18-nə kimi  qadağan idi) 17 nəfər yeyib-içən şəxsi aşkarlayıblar. Bu şəxslər barədə inzibati qaydada protokol tərtib olunub, hər biri 100 manat məbləğində cərimələnib.

Onlardan biri (fotosunu təqdim edirik) polisin bu hərəkətindən narazılıq edərək bir papiros yandırıb, xumar baxışlarını süzdürərək söyləyib:

-  Siz mənə heç-zad eləyə bilməzsiniz. Çünki mənim maskam da var, spirtim də.

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Kimdir Njde?
18:3811 dekabr

Kimdir Njde?

Mən Zəngəzur mahalında boya-başa çatmışam. Əsrin əvvəllərindən erməni millətçiləri, onların havadarları orda yaşayan azərbaycanlılara həmişə bəla olublar. Biz gözümüzü açıb sovet ideologiyası ilə tərbiyələnmişik, beynəlmiləlçi olmuşuq. Ona görə də bizə qarşı törədilən çox hadisələrin

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
23:0818 iyun

Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

Sumqayıtlı millət vəkili yazır:  Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşma
16:3016 iyul

Sumqayıtlı millət vəkili yazır: Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşma

ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyası "Təlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu" mövzusuna həsr olunmuşdu.

Bakıda merin faytonuna   bomba atan Kanayanın daha hansı "xidmət"ləri var idi?
11:4319 dekabr

Bakıda merin faytonuna bomba atan Kanayanın daha hansı "xidmət"ləri var idi?

Hər zaman Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan edən möhtərəm prezidentimiz cənab İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində 2019-cu ilin oktyabr ayında MDB Dövlət Başçıları Şurasının məhdud yığıncağındakı çıxışında da bəyan etmişdir ki, bu gün erməni faşizmi dünya üçün,