İSTİ XƏBƏRLƏR
168saat.com » Cəmiyyət » Çinli tələbədən Azərbaycana MƏKTUB: "Dost dar gündə tanınar"

Çinli tələbədən Azərbaycana MƏKTUB: "Dost dar gündə tanınar"

 

Çinin ən nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrlar hazırlanmasına başlanılıb. Belə ki, bütün Asiya məkanında Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu və Azərbaycan dili kafedrası ilk dəfə PXDU-da təşkil olunub.

Publika.az xəbər verir ki, hazırda 9 nəfər çinli burada Azərbaycan dilini öyrənir. Artıq Azərbaycan dilində yazıb, hətta danışa bilən tələbələrdən biri epidemiya ilə əlaqədar Azərbaycan xalqına məktub yazaraq arzularını ifadə edib.

Əziz azərbaycanlı dostlarım!

Salam. Mənim adım Çui Çenşuodur. Müəllimim və azərbaycanlı dostlarım məni "Çingiz" deyə çağırırlar. Hazırda Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə ikinci kursda təhsil alıram. Keçən qış tətilində mən könüllülər təşkilatının tərkibində Bakını ziyarət etmişdim. O zaman Bakıda sabit və nizamlı bir həyat hökm sürürdü. Ancaq bu yaxınlarda azərbaycanlı dostlarımla söhbət edərkən eşitmişəm ki, indi Azərbaycanda epidemiya ilə əlaqədar olaraq yollar bağlanıb, insanlar virusla mübarizə aparırlar. Bir dost kimi bu məni çox narahat etdi. Amma onu deyim ki, biz çinlilər hər zaman sizinləyik. Dost dar gündə tanınar!

Çində epidemiyanın alovlandığı dövrdə Azərbaycan hökuməti və müxtəlif ölkələrdən olan dostlar bizə müxtəlif yollarla güclü dəstək verdilər. Fevral ayında Sumqayıt şəhəri təçili olaraq 100 min tibbi qoruyucu papaq, 80 min maska, 150 min cüt əlcək, 4 ton tibbi spirt və epidemiyanın qarşısının alınması üçün digər müxtəlif tibbi ləvazimatları Sian və Mienyan şəhərlərinə yardım üçün göndərdi və bunun nəticəsində bu şəhərlərdə tibbi vasitələrlə bağlı çatışmazlığın aradan qaldırılmasına dəstəkə oldu. Bundan başqa, Çində yaşayıb fəaliyyət göstərən azərbaycanlıların hazırladığı "Uxana dəstək! Çinə dəstək" adlı video çətin zamanda Azərbaycan ilə Çin arasındakı dostluq münasibətlərinin göstəricisidir, sözügedən videoçarxda Azərbaycanın Çindəki səfirinin Çin xalqına olan arzularını xüsusi qeyd etmək istəyirəm. Bənzər fəaliyyətlər çoxdur. Azərbaycan xalqına bütün maddi və mənəvi köməyinə görə öz minnətdarlığmı bildirirəm!

İndi isə, Çinin Azərbaycana yardım etmək vaxtıdır. Çinin müvafiq qurumlarının nümayəndələri Azərbaycanla təcrübə mübadiləsi məqsədilə keçirilən videokonfransı, Çinin Cek Ma Fondu və Alibaba Fondunun COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana tibbi humanitar yardım göndərməsi, habelə Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrası tərəfindən çəkilən "Çinli gənclərin Azərbaycana mənəvi dəstəyi" adlı videoçarxı Çinin də Azərbaycana dəstəyinin bariz göstəricisidir. Tələbə olaraq səlahiyyətlərim və imkanlarım məhduddur. Sözügedən videonun çəkilişində iştirak etməklə yanaşı, yalnız Azərbaycandakı bəzi çinlilər üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarını Azərbaycan dilindən Çin dilinə tərcümə etdim. Bundan savayı, mən azərbaycanlı dostlarımla epidemiya yayıldığı vaxtda diqqət tələb edən məsələlər barədə söhbət edirik. Gördüm ki, "https://koronavirusinfo.az/az"adlı veb sayt qurmuşsunuz. Sumqayıtda yerləşən Kimya Sənaye Parkındakı maşınlar avtomatlaşdırılmış rejimdə böyük həcmdə, çox sayda maskalar istehsal edir. Siz də COVID - 19 pandemiyasından qorunmaq üçün ölkədə karantin rejimi və "evdəqal" çağırışını elan etmisiniz . Mən yazıçı-publisist Şəfəq Nasirin "Biz evdə qalmaqla koronavirusa qalib gələcək, sağlam və rahat həyatımıza davam edəcəyik" sözlərinə istinad etmək istəyirəm.

Əminəm ki, iki ölkə tez bir zamanda epidemiyanı məğlub edəcəkdir. Növbəti semestr mən də planlaşdırıldığı kimi təhsil almaq üçün Azərbaycana gedə biləcəyəm. O zaman Azərbaycanda normal həyat şəraiti artıq bərpa olacaqdır.

Pekin Xarici Dillər Universitetinin 2-ci kurs tələbəsi Çui Çenşuo

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Çini Ermənistana nə bağlayır?
17:0009 oktyabr

Çini Ermənistana nə bağlayır?

Son illərdə Kəmər və Yol Layihəsi (KYL) çərçivəsində Çinin Cənubi Qafqaz regionunda iqtisadi maraqları artmışdır. Bu baxımdan da bu regionda yerləşən ölkələr ilə, o cümlədən Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Lakin, Çinin regiondakı ölkələr ilə iqtisadi münasibətləri eyni

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor
11:1819 sentyabr

Əfqanıstan odlarından keçmiş sumqayıtlı professor

Eyni şəhərdə - Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt "Dostlar klubu" və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati,

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO
18:4917 fevral

Sumqayıtlı elm adamından açıqlama: “Ölümün də qarşısını ala biləcəyik” - VİDEO

İngiltərədə yaşayan sumqayıtlı şair:  "Biz həqiqəti deməyə utanırıq"
16:0922 noyabr

İngiltərədə yaşayan sumqayıtlı şair: "Biz həqiqəti deməyə utanırıq"

İngiltərədə yaşayan şair, tərcüməçi, sumqayıtlı Rauf Qaraişıqla müsahibəni təqdim edirik.