İSTİ XƏBƏRLƏR
168saat.com » Siyasi » Bəsdirin, ölkənin imicinə zərbə vurdunuz!

Bəsdirin, ölkənin imicinə zərbə vurdunuz!


Fevral ayının 9-da keçirilən Parlament seçkiləri ətrafında səs-küy səngimək bilmir. Bu seçkilər, sözün həqiqi mənasında tarixə düşəcək. Məlum faktları sadalayıb vaxtınızı almaq istəmədən mətləbə keçək. 

Ötən 168 saat ərzində 9 fevral seçkiləri növbəti dəfə dünya mediasının gündəminə gəldi, dünyanın aparıcı informasiya yayıcısı olan BBC-dən tutmuş Rusiyanın və Türkiyənin xəbər agentliklərinəcən hamısı 107 №-li seçki dairəsində baş verən məlum olaydan yazdı. Qazax rayonunda yerləşən dairədə seçkiyə gələn Xanlar Lalayev siyahıda öz adından sonra Bakıda yaşayan qardaşı Kamal Lalayevin və onun mərhum həyat yoldaşı Gülnar Lalayevanın adını görüb, o, məntəqə seçki komissiyasına iradını bildirib ki, Gülnar rəhmətə gedib, istəsəniz, sizə qəbrini də göstərə bilərəm. Nəticədə "Səninçün ölüb, bizimçün sağdır", - cavabını alıb.

MSK isə məsələ ilə bağlı absurd bir açıqlama verib: "Xanlar Lalayevin qardaşı və arvadı Bakıya köçüb, o isə elə bilir, qardaşı arvadı ölüb".

Qeyd edək ki, BBC öz kanalları ilə Qazaxın Daş Salahlı bələdiyyəsindən öyrənib ki, Gülnar Lalayeva yanvarın 26-da rəhmətə gedib, kənd qəbiristanlığında dəfn olunub.

Cənablar! Prezidentimizin min bir əziyyətlə qaldırmağa çalışdığı ölkə imicinə niyə belə zərbə vurursunuz?!

"168 saat" İNFO


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

FAVORİTLƏR: Parlament seçkilərində Sumqayıtdan kimlər daha şanslıdırlar?
09:3823 yanvar

FAVORİTLƏR: Parlament seçkilərində Sumqayıtdan kimlər daha şanslıdırlar?

Marafon başladı. Ötən ilin dekabrında Parlament növbəti çağırışını gözləmədən özünü buraxdı və budur, fevralın 9-da növbəti dəfə qutulara yaxınlaşmalı və Milli Məclisin yeni tərkibini formalaşdırmaq üçün öz mövqeyimizi ifadə etməliyik. İndilik isə təbliğat-təşviqatı diqqətlə izləməli, namizədləri

Sumqayıtı Milli Məclisdə kimlər təmsil edəcək?
18:5318 fevral

Sumqayıtı Milli Məclisdə kimlər təmsil edəcək?

Ötən həftəsonu baş tutan Parlament seçkiləri Milli Məclisin yeni tərkibini formalaşdırdı. Doğrudur, hələlik nəticələr rəsmi olaraq təsdiqlənməyib, ancaq dairələr üzrə ilkin hesablamalara əsasən qaliblər məlumdur. Sumqayıtın seçki dairələri üzrə qalib namizədlərdən yalnız biri öncəki çağırışda

“Qatarda 18 əhvalat"  adlı yeni kitab
17:0920 iyun

“Qatarda 18 əhvalat" adlı yeni kitab

Yazıçı Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" adlı yeni kitabı oxucuların ixtiyarına verilib. Kitab "Qanun" nəşriyyatında çap olunub. Bu, "Naməlum adam"dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır. Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün

Ermənilərə zərbə vuran hekayə: Cənubda qar uçqunları
12:2218 fevral

Ermənilərə zərbə vuran hekayə: Cənubda qar uçqunları

Qar dənəciklərinin rəqsinə tamaşa eləməyi çox sevirəm. Küləksiz, sakit havada yırğalana-yırğalana, ləngər vura-vura səmadan ta ki yerə kimi yol qət eləyib sonra da üzü üstə yerə döşənirlər. Qar yağmağa başlayanda ilk gələn dənəciklər ən altda, qar kəsən ərəfədə gələnlər ən üstdə, digərləri isə