İSTİ XƏBƏRLƏR
168saat.com » Siyasi » Kimə səs verək?

Kimə səs verək?

Məhəllə problemlərinin həllinə söz verən namizədə, yoxsa?

Bir neçə gün öncə qapımızı deputatlığa namizədlərdən birinin nümayəndəsi döyərək imza üçün müraciət etdi. Adam imza topladığı namizədinin platforması nədir, bioqrafiyasını belə bilmirdi. Soruşuram komandanız varmı, qərargahınız harada yerləşir? Namizəd kimdir, nəçidir? Suallarım cavabsız qalır və mən düşünürəm axı niyə bu namizədə səs verməliyəm?!

Deputatlığa namizədlik hər bir Azərbaycan vətəndaşının Konstitusion hüququdur. Lakin hesab edirəm namizəd özünün iddiası ilə bilik və bacarıqlarını, bu günə qədər özünə nə etdiyini və gələcəkdə seçicisinə nə verəcəyini tərəziyə qoysun.

Seçicinin yerinə özünü qoysun və bu sualı versin: "Seçicim niyə məni seçməlidir", "Niyə məhz mən" və ya "Nəyə görə mən" və sairə.

Bu gün sənin seçicin sosial qayğılar, mənzil-məişət problemləri, infrastruktur, xırda məmur özbaşnalıqları və digər gündəlik qayğılar ilə əhatə olunaraq əziyyət çəkirsə bir neçə dil bilməyin, Avropa və Amerikanın ən bahalı Universitetlərində təhsil almağın onlar üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Çünki o ölkəsinin iqtisadi arenada uğurunu, dünyadakı inkişafını və övladlarının gələcəyini özünün hazırki kiçik dünyasında, güzaranında görür. Belə seçici qarşısında daha çox mənzilinə su dammasının, mənzil probleminin həllinə yardım edən, küçələrin işıqlandırılması və asfalt örtüyünün təmir edilməsi və digər bu kimi sosial problemlərin həllini vəd edən namizədi görmək istəyir. Hansı ki, ölkənin ali qanunverici orqanı olan Milli Məclisə seçilən Deputatın missiyası xalqın və dövlətin mənafeyi baxımından problemlərin səsləndirilməsi, təkliflərin verilməsi, qanunların müzakirə edilməsi və qəbul edilməsi baxımından daha böyük və məsuliyyətlidir.

Parlamentə seçkilərdə namizədliyi qeyd alınmış gələcəyin deputatı bilməlidir ki, Milli Məclisdə o, tək seçicilərinin deyil, həmçinin beynəlxalq arenada və qonşu dövlətlərin eyni qurumlarının həmkarları ilə işgüzar görüşlərdə millətini, ölkəsini və prezidentini təmsil edir. Bunun üçün isə tək vətənini sevmək, vətənpərvər olmaq yetərli deyil. Eyni zamanda savadlı, analitik düşünmə qabiliyyəti və maddi-texniki bazası da yetərincə olmalıdır. Bunların hamısı balanslı şəkildə bir yerdə olmalıdır ki, gələcəyin müstəqil və güclü Azərbaycanı və azərbaycanlısı üçün faydalı ola biləsən. İlkin olaraq gərək öz üzərində işləyərək özünü inkişaf etdirəsən ki, dövlətinə və millətinə də faydan dəysin.

Son günlər deputatlığa namizədliyi qeydə alınmış dostlar və tanışlar ilə görüşlərdə və ya telefon danışıqlarında müşahidə etdiklərim onu deməyə əsas verir ki, adamların bir qismi sanki MSK-da qeydiyyata alınmaq üçün tələb olunan səslərin toplanması ilə işin yarısının görüldüyünü zənn edirlər. Əslində isə bu seçki prosesinin başlanğıcıdır və sənə namizədlik statusu verilməklə böyük bir gərgin, məsuliyyətli işin startını verirsən.

Bunun üçün sənin ilk növbədə enerjili, sağlam düşüncəli və etibarlı komandan olmalıdır. Eyni zamanda ərazini, dairənin dislokasiyasını bilən, əhali (seçicilər) tərəfindən qəbul edilən adamların (sosial statuslu məmur və ya ağsaqqallar) olmalıdir. Bu işgüzar komanda tərəfindən seçicilərin təsnifatlaşdırılması, namizədin peşəkar platforması və bioqrafiyasının yazılması, media ilə işi qurulması, sosial mediada düzgün tarqetinq (hədəfləmə), seçicilər ilə qarşılıqlı iş, namizədin mümkün qədər tanıtım çarxlarının hazırlanması və bir sıra digər zəruri işlərin görülməsi lazımdır.

Ən əsası seçkiləri idarə edəcək bir komandan və PR Strategiyan olmalıdır.

  • STP (segmentation, targeting, positioning) analiz
  • Foto-Video çəkilişlər
  • Tanıtım çarxlarının hazırlanması
  • SMM/Digital komanda ilə iş
  • Kopirayter ilə iş (Platforma, Çıxışlar, Müsahibələr və açıqlamalar)
  • Media ilə iş (TV, Radio, Sayt və qəzetlər)
  • Seçicilər ilə iş
  • Sosioloji Rəy Sorğularının keçirilməsi
  • İmicin üzərində iş
  • Böhran Kommunikasiyası (Q&A)

Seçki kampaniyasını ilkin olaraq 2 istiqamətə - namizədlə iş və seçicilərlə işə bölmək və bunu peşəkarcasına idarə etmək lazımdır.

Belə ki, seçki texnologiyasında namizədin və ya onun komandasının PR kampaniya zamanı buraxdığı kiçik bir səhvi onun nüfuzunun zədələnməsinə və kütləvi şəkildə seçicilərinin itirilməsi ilə nəticələnmiş ola bilir. Zatən seçicilər bir neçə qrupa bölünürlər ki, namizədini ən son günü qərarlaşdırıb səsverməyə qatılırlar. Buna görə də təmsil etdiyin dairədən rəqib namizədin seçicilərinin "oğurlanması" prosesi son günə qədər davam edir və bunun üzərində gərgin iş aparılır. Bu səbəbdən də sənin digər namizəddən üstün və fərqli cəhətlərin, xalqa və dövlətə verə biləcək prioritetlərin olmalı və bundan məharətlə istifadə etməlisən.

Namizəd bütün bu istiqamətlər üzrə işlərin görülməsi, uğurlu seçki kampaniyasının aparılmasını istəyirsə ən azından minimal xərclərin qarşılanmasına hazır olmalıdır. Hələ mərkəzi TV kanallarında namizədlər üçün ayrılmış efir vaxtının tariflərinə nəzər salsaq indidən demək olar ki, heç də bütün namizədlər yaradılmış bu imkanlardan maksimum şəkildə istifadə etmək ixtiyarında ola bilməyəcəklər. Ən azından seçicilərlə işləyəcək və dairə üzrə olan məntəqələrin heç olmasa 70-80%-də müşahidəçi, tam hüquqlu komissiya üzvlərin olmalı və bu şəxslər seçki qanunvericiliyindən maksimum məlumatlı olmalıdılar.

Dünya ölkələrində keçirilən bütün seçki təcrübəsi onu deməyə əsas verir ki, seçkidə qalib olmaq istəyirsənsə seçki texnologiyasını bilən güclü, savadlı və peşəkar komandan olmalı və bunları dəstəkləyən minimal kapitala malik olmalısan. Məhz seçki texnologiyasının bütün instrumentlərindən düzgün istifadə etmək və sağlam mübarizə aparmaqla qalib olmaq mümkündür.

Unutmayaq ki, seçki və namizədlərin dəstəklənməsi dövlətlərə, məmləkətlərə, əyalətlərə, insanların təfəkkürünə görə özünəməxsusluğu ilə fərqlənir və dəyişir.

Hər bir xalq öz müqəddəratını düşüncəsi, qərarı və seçimi ilə həll edir. Azərbaycan bu günə qədər özünün müstəqillik tarixinin ən pik illərini yaşamaqdadır. Sosial-iqitisadi, ictimai-siyasi və hərbi güc sahələrində Prezident İlham Əliyev və Birinci Vitse-Prezident xanım Mehriban Əliyevanın iradəsi və idarəetməsi ilə güclü, müstəqil və müasir Azərbaycan naminə yeni parlament seçkilərinin keçirilməsi bir mənalı olaraq xalq üçün faydalı olacağına ümid edirəm və buna əminəm.

Deputatlığa namizədlərə uğurlar, onların seçki kampaniyasının komanda üzvlərinə isə səbr və peşəkarlıq arzu edirəm.


İlham Məmmədzadə

İctimaiyyətlə əlaqələr üzrə menecer


Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

Azərbaycanlı Cek Potreşitel
12:0916 may

Azərbaycanlı Cek Potreşitel

İlkin Fəxrəddin oğlu Qasımovun 29 yaşı olsa da 29 qramlıq ağlı yox idi. Bu adam bəd əməllərini əyalətdə həyata keçirə bilmədiyindən Bakıda məskən salmışdı. Burada da ki, gecə qara, cücə qara olan kimi evdən çıxır, gah içki məclislərində olur, gah kimisə aldadır, gah kimisə bıçaqlayır, ya da zor

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil  SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR
17:2710 iyul

Həyat peşmançılığın üzüntüsünü yaşayacaq qədər uzun deyil SUALLARIMIZI TƏLƏBƏLƏR CAVABLANDIRIRLAR

Bugünkü tələbələrin maraq dairəsi, elmi-mədəni düşüncələri və digər baxışlarları haqda bilgilər əldə etmək yəqin ki, böyük əksəriyyət üçün maraqlıdır. Məhz bunu nəzərə alıb, "168 saat"ın "Sual kitabçası" rubrikasında müxtəlif təhsil ocaqlarının tələbələrinə müraciət etdik.

Uğur üçün 15 keyfiyyət
11:1409 avqust

Uğur üçün 15 keyfiyyət

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun,

“Qatarda 18 əhvalat"  adlı yeni kitab
17:0920 iyun

“Qatarda 18 əhvalat" adlı yeni kitab

Yazıçı Aləm Kəngərlinin "Qatarda 18 əhvalat" adlı yeni kitabı oxucuların ixtiyarına verilib. Kitab "Qanun" nəşriyyatında çap olunub. Bu, "Naməlum adam"dan sonra Aləm Kəngərlinin oxuculara təqdim etdiyi ikinci nəsr kitabdır. Kitabın redaktoru Fərzuq Seyidbəyli, korrektoru Hicran Hüseynova, ön sözün