İSTİ XƏBƏRLƏR
168saat.com » 6 XƏTT » Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular

Onlar bu həftə ərzində tarixə düşmək şərəfinə nail oldular


Eurohome

Təbii ki, ötən həftə ən çox gündəmi zəbt eləyən hadisə Bakı-Sumqayıt şossesində, Ekoloji postla üzbəüz tikilmiş Eurohome adlı nəhəng təmir-tikinti məhsulları bazarının yanıb külə dönməsi oldu.

Ümumilikdə 21 000 kv.m sahəni əhatə edən yanğın nəticəsində onlarla sahibkara yüz minlərlə manat zərər dəydi, hazırda dəymiş ziyan müəyyən edilir, sahibkarlara ödəniləcək kompensasiya şərtləri müzakirə edilir.

Binəqədi Rayon İcra başçısı, ticarət mərkəzinin rəhbəri yanğından ziyan çəkmiş sahibkarlarla tez-tez görüşürlər.

Bu yerdə oxuculara xatırladaq ki, Azərbaycan iri bazarların yanması üzrə dünyada analoqu olmayan ölkədir. Bakının Binə bazarı 3-4 dəfə yanıb, "Duqlas" yanıb, Amay bazarı yanıb kül olub, Gəncənin əşya bazarı, Sumqayıtın "Karvan" bazarı yanıb kül olub. İndi də "Eurohome" yanıb kül oldu.

Sizcə, bu qədər bazarın yanması təsadüfi ola bilərmi?

Mütəşəkkil dəstə

Türkiyədə xarici ölkələrdən, əsasən Orta Asiyadan (Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan) qadınları aldadaraq gətirən, onları zorla fahişəliyə cəlb edən dəstə yaxalandı.

İstanbul polisi əməliyyat keçirib 11 nəfər dəstə üzvünü həbs etdi, 21 əcnəbi qadın xilas edildi. Qadınlar Türkiyəyə işləmək vədi ilə dəvət ediliblərmiş. Pasportları əllərindən alınan qadınlar təhdid və şantajlar qarşısında təslim olub müştərilərə fahişəlik xidməti göstərməyə məcbur ediliblər. Bu işə getməyənlər isə işgəncələrə məruz qalıblar, hətta bir neçəsinin əli qaynar suda yandırılıb.

Qeyd edək ki, Türkiyədə miqrant fahişəlik çox geniş yayılıb, indiyədək daha çox Rusiya və Ukraynadan gələn qadınların adları hallanırdı.

İndi də Orta Asiya dəbi yayılıb.


AFFA

İslahatlarla, yeniləşmə ilə ayaqlaşmaq istəyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bir qrup futbol veteranına təqaüd ayırdığını elan etdi. On veterana təqaüd, ikisinə isə xüsusi təqaüd ayrıldı. Xüsusi təqaüdü AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və "Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov alacaqlar. Təqaüdü alanların içində vaxti ilə "Neftçi"dən tanıdığımız Elbrus Abbasov, Rafiq Əlizadə, Səmədağa Şıxlarov, Əbdülqəni Nurməmmədovun adlarına rast gəlinir.

Amma bu sırada şəxsən bizim - illərin futbol azarkeşlərinin heç birinin tanımadığı, futbol tariximizdə heç vaxt adları çəkilməyən şəxslər (Novil İsmayılov, Çingiz Haşımov, Tahir Əmiraslanov) də yer alıb.

Əcaba, AFFA başbilənləri, rüsvayçı futbol mövsümündən sonra (yığma seçmə mərhələdə qrup sonuncusu oldu, "Qarabağ" isə qitə turnirində zəif rəqiblərlə düşsə belə qrupdan çıxa bilmədi) bu təqaüdlərlə özünüzü sığortalamaq istədiyiniz başadüşüləndir. Amma Azərbaycan futbolunun canlı əfsanələri Nazim Süleymanovun, Vəli Qasımovun əvəzinə hansısa Novillərə təqaüd verməyiniz sadəcə utancvericidir.


AST Telman

Azərbaycanın yəhudi əsilli dünyaca məşhur milyonçusu Telman İsmayılovun adı bu həftə yenidən hallandı. Bu dəfə o, Bakıda həbs edilən qardaşı nəvəsi Vüqar Bayramova görə gündəmə gəldi.

1986-cı il təvəllüdlü Vüqar dələduzluq və oğurluqda ittiham edilir. O, bir tanışının 230 min dollarını ələ keçirib. Bundan başqa, kirayədə yaşadığı mənzilin əşyalarını oğurlayıb.

Qəribədir ki, istifadəsində olduqca bahalı lüks avtomobillər, villalar olan bir şəxsin elədikləri əsla ağlasığmaz görünür. Kirayə qaldığı evdən mikrodalğalı sobanı oğurlayıb satmaq yarım milyonluq Ferrari sürənə heç yaraşarmı?

AST Telmanın qürubundan sonra deyəsən bütün nəsil öz yarpaqlarını tökməyə başlayıb.

Məsud Aşina

Qürurverici bir xəbər Danimarkadan gəldi. Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyininin direktoru, həmyerlimiz Məsud Aşina inanılmaz bir ilkə imza atdı: O, Lundbeck Fondunun 5,3 milyon avroluq mükafatını qazandı.

Alim mükafatla bağlı belə bir açıqlama verdi:

-  Mənim işim və missiyam - miqrenin altında yatan səbəblərin tapılması, molekulyar mexanizmlərin şifrəsinin çözülməsidir. Bunların nəticəsi kimi biz miqreni və onun pristup sıxlığını azaltmağa kömək edəcək yeni farmakoloji müalicə üsullarını tapacağıq, bununla da xəstələrin həyat keyfiyyətini yaxşılaşdıracağıq. Bütün məbləğ Kopenhagen Beyin Mərkəzindəki laboratoriyalarımızda tədqiqatlarımıza xərclənəcək. Ondan bir avro belə şəxsi ehtiyacım üçün istifadə olunmayacaq.

Təsəvvür edirsiniz, insan necə pak, təmiz ola bilər, haqq etdiyi fantastik bir məbləğə gözününü ucu ilə də baxmır, "hamısı elmə xərclənəcək," - söyləyir.

Bizim dövlət əmlakını talayanlar, bir gözünüzə su verin!


Dönər məsələsi

Ötən həftə qardaş Türkiyənin gündəmini zəbt edən məsələ tanınmış türk kardioloqu Canan Karatayın məhkəməyə verilməsi oldu.

Bir müddət öncə Canan xanım son illərin ən çox istifadə edilən və ucuz qiymətə satılan yeməyi olan dönərlə bağlı ciddi xəbərdarlıq etmişdi:

-  Bir məsəl var, ucuz ətin şorbası olmaz. Əgər bir yemək ucuzdursa, onun içində zərərli qatqı maddələri də var deməkdir. Toyuq dönərinə isə tamamilə qarşıyam. O, heç toyuq əti də deyil. Ürəyiniz dönər istəyirsə, güvəndiyiniz və ucuz satılmayan yerlərə gedin.

Canan xanım bu araşdırmasından sonra Türkiyədə dönər satışı 30 faiz aşağı düşdüyündən Türkiyənin Restoranlar və Turizmçilər Dərnəyinin rəhbəri Ramazan Bingöl onu məhkəməyə verib.

Öz aramızdır, bizim mediada ara-sıra leş ətindən, it, pişik, at ətindən dönər hazırlandığı barədə informasiyalar gedir, amma bu, şıdırğı dönər alverinə təsir etmir.

Xalq olaraq laqeydik, yoxsa Canan Karatay kimi nüfuzlu söz yiyəmiz yoxdur?

Rəy bildir +
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
17:0021 noyabr

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.

48 il öncə başlanan yol və  Sumqayıtın 48 aydakı 48 uğuru…
15:3611 sentyabr

48 il öncə başlanan yol və Sumqayıtın 48 aydakı 48 uğuru…

Prezident İlham Əliyevin 2 Sentyabr 2015-ci il tarixli sərəncamı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcovun fəaliyyətə başlamasından 4 il keçir. Yəni, 48 ay. Şəhər rəhbərinin bioqrafiyasına nəzər salsaq görərik ki, əslində Zakir Fərəcov Sumqayıtda fəaliyyətə 48 ay

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?
14:5910 avqust

Sumqayıtda 2019-cu ilin birinci yarısında hansı işlər görülüb?

2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Gənclik şəhərinin bayram ovqatı    Sumqayıtlıların ürək sözləri
16:4125 sentyabr

Gənclik şəhərinin bayram ovqatı Sumqayıtlıların ürək sözləri

Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha

70 yaşlı Əfsanələr şəhəri
13:5503 iyul

70 yaşlı Əfsanələr şəhəri

Qədim bir əfsanədə belə deyilir: "Sum boz çöllərlə irəliləməkdə davam edirdi. Taqətinin qalmadığı atdığı addımlarından açıq-aydın görünürdü. Bir qədər gedir, dayanır, əlini gözünün üstə qaldırıb önə baxırdı. Bir tərəfi bataqlıq, digəri kiçik iynəyarpaqlı ağaclar arasından keçərək irəliləyirdi.